Azər Ayxan:"Biz bu qadağanı sakit qarşılamq fikrində deyilik"

Hazırda oxunan: Azər Ayxan:"Biz bu qadağanı sakit qarşılamq fikrində deyilik"

35498

Artıq bir neçə gündür ki, metro stansiyalarında ölkənin aparıcı qəzetlərinin satışına qadağa qoyulub. Maraqlıdır, qəzet rəhbərləri yaranmış bu vəziyyətlə bağlı  hansısa addım atmağı fikirləşir?

Moderator.az- a açıqlama verən “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov metroda qəzet satışına qoyulan qadağanı söz azadlığının boğulması adlandırdı:

“Onsuz da şəhərdə qəzet köşkləri demək olar ki, yığışdırılıb yeni köşklər isə qəzetdən başqa hər şey satır. Metroda qəzet satışına qoyulan qadağa ölkədə söz azadlığına vurulan növbəti zərbədir.

“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan da metro stansiyalarında qəzet satışına qoyulan qadağanı pislədi:

“Bu söz və mətbuat azadlığına kobud şəkildə müdaxilədir. Bizim bu qadağaya sakit yanaşmaq fikrimiz yoxdur. Yaranmış vəziyyətlə əlaqədar olaraq digər qəzet nümayəndələri ilə məsləhətləşmələrimiz davam etməkdədir. Çox güman ki, yaxın günlərdə piket və bir sıra aksiyalar da keçirəcəyik”.

 Xəyal Əzizov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin