ABŞ səfiri Gəncəyə səfər etdi

Hazırda oxunan: ABŞ səfiri Gəncəyə səfər etdi

34227

 ABŞ-ın Azərbaycandakı Səfiri Riçard Morninqstar 21-22 sentyabr tarixlərində Gəncəyə səfər etdi. Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, səfir Gəncə İcra hakimi Elmar Vəliyevlə, Gəncə yerli seçki komissiyasının nümayəndələri ilə və yerli qeyri-hökumət təşkilatları ilə görüşüb və Azərbaycandakı seçkiqabağı vəziyyəti müzakirə edib. O həmçinin ABŞ Sülh Korpusunun könüllüləri ilə görüşmüş və onların regionda azərbaycanlı həmkarları ilə işləri haqqında öyrənib.

Səfir Morninqstar və xanımı Feys Morninqstar həmçinin qadınların liderlik konfransında iştirak etmiş və məcburi köçkünlər üçün yeni inşa edilmiş qəsəbəyə baş çəkib. 
ABŞ-ın Azərbaycandakı missiyasının İctimai əlaqələr şöbəsinin rəhbəri Stiven Qays cənab səfiri Gəncə səfərində müşayiət edib. Cənab Qays həmçinin Tovuz və Şəkiyə səfər etmiş, yerli media qurumları ilə görüşüb, mübadilə və mədəni proqram imkanları barədə və Amerika Mərkəzləri proqramları barədə müzakirələr aparıb. 

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin