Ölkədə tikilən mənzillərin kvadratmetrinin dəyəri bəlli oldu

Hazırda oxunan: Ölkədə tikilən mənzillərin kvadratmetrinin dəyəri bəlli oldu

233775
Bu ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 946,4 min kvadrat metr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

Moderator.az rəsmi statiistikaya istinadən xəbər verir ki, yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 463,8 milyon manat olub.

Bunun 89,3 milyon manatı dövlət, 374,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Rəqəmlərin müqayisəsi göstərir ki, 2018-ci ilin 6 ayında Azərbaycanda tikilən mənzillərin 1 kvadratmetrinin orta qiyməti 490 manat təşkil edib.xa0

Qeyd edək ki, ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 6,0 min yaşayış evi tikib. Onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı və Sumqayıt şəhərlərində, Masallı, Tovuz, Qazax, Abşeron, Qəbələ, Şəmkir və Cəlilabad rayonlarının payına düşüb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin