21 fevral Uluslar arası Ana dili günüdür. Bu gün dünyanın hər bir guşəsində öz dilini öyrənənlərin, sevə-sevə danışanların, başqalarına öyrədənlərin günüdür! Bu gün eyni zamanda bizlərə dilin milli kimliyin var olmasının təməl prinsipi olduğunu xatırladan gündür!. Şərqdə ilk Demokratik Cümhuriyyətin qurucusu olan M.Ə.Rəsulzadə milli intibahın, milli vicdanın varlğını dildə görərək özünün “Milli dirilik”x9d adlı məqaləsində yazırdı: “Dil həmən millətdir. Milliyyətin ümdə rüxnünü (varlığını) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir... Bir milliyyəti məhv edib, aradan götürmək qəsdində olan siyasətlər də əsil bunun üçündür ki, təməssül (assimilasiyon) əməliyyatı icra edərkən, ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edirlər”x9d. Böyük öndərin uzaqgörənliklə söylədiyi “təməssül (assimilasiyon) əməliyyatı”x9d nı Oğuz ”“türk dil qrupuna daxil olan, bu gün Azərbaycan dili adlandırdığımız Ana dilimiz bütöv bir yüzillikdə yaşamışdı. Azərbaycan dilinin XX yüzillikdə inkişaf tarixinə nəzər salsaq son dərəcə acınacaqlı faktlarla rastlaşarıq: “müsəlman dili”x9d, “tatar dili”x9d, “Türk dili”x9d, “Azərbaycan dili”x9d. Fikrimcə, dünyada elə bir dil yoxdur ki, onun adı dəfələrlə dəyişikliyə məruz qalsın. Bir-birinin ardınca baş verən bu addəyişmələr nəticəsində dilimizin ictimia-mədəni funksiyasının müəyyənləşdirilməsinə və nəhayət onun dövlət dili statusunu almasına böyük maneələr yaradılmışdı. Dilimizin sıxışdırılması siyasəti yaxın keçmişimizdə-sovetlər dönəmində daha geniş vüsət almışdı. Və bu proses çox böyük ustalıqla həyata keçirilirdi. Bu ölkəmizdə Ana dilindən bir dövlət dili kimi tətbiq və istifadə olunma sahələrinin məhdudlaşdırılması, kargüzarlıqda rus dilindən istifadənin genişləndirilməsi fonunda baş verirdi. Elə bir vəziyyət yaranmışdı ki, şəhərlərdə kargüzarlıq işləri tam olaraq rus dilində aparılırdı və bu hal tədricən rayonlara da sirayət edirdi.Anadilli məktəblərin sayının get-gedə azalaraq öz yerini rusdilli məktəblərə vermsini, ali məktəblə qəbulda rus bölməsinə üstünlük verilməsini, bütün elmi-texniki ədəbiyyatların rus dilində olması və s. istiqamətlərdə imperiyanın apardığı düşünülmüş, ardıcıl siyasətini bizim nəsil yaxşı xatırlayır. 80-ci illərin sonunda baş verən ictimai-siyasi hadisələr burulğanında xalqımız hər səhifəsi mübarizə dolu bir tarix yazdı : milli kimliyimiz, milli dövlətimiz, milli qürur və vicdanımız bərqərar oldu. Bu dəyərləri yaşatmaq hər birimizin borcudur. Ana dilimizi (milli kimliyimizi) yabançı söz, ifadə, şəkilçilərlə yükləyərək dilimizin “ekologiyasını”x9d çirkləndirməyək. “Müəllim”x9d sözünün işlədilməsi ilə bağlı bir örnək vermək istərdim. Ərəb kökənli bu söz artıq bizim dilimizdə “oturmum,vətəndaşlıq”x9d almış bir sözdür. Amma bizlər qadınlara müraciət edəndə bu sözə bir “ə”x9d şəkilçisi əlavə edrək “müəllim+ə”x9d deyirik. Dilimizin qayda-qanunlarına zidd olan bu hal son zamanlar kütləvi bir xarakter alıb. Belə ki, Türk dillərinin gözəlliyi ondadır ki, şəxs əvəzliyinin III şəxs təkində cins fərqi yoxdur: yəni, istər kişi, istərsə də qadın cinsi olsun “O”x9d dəyişməzdir. Amma İngilis və Rus dillərində III şəxsin təkində bu fərq vardır. Məsələn, ingilis dilində III şəxsin təkində qadın cinsində SHE, kişi üçün He, rus dilində isə analoji olaraq On və ONA işlədilir.vardır. Ancaq bunu söyləməkdə məqsədim heç də son illərdə elmin və texnikanın inkişafı ilə əlaqədar dilimizə gətirilmiş alınma sözlərə qarşı çıxmaq deyil. Dilin tərkibinin dəyişməsi, yeni sözləri alması qloballaşan dünyamızda təbii bir prosesdir. Mənim söylədiyim ehtiyac olmadan edilən əlavə və dəyişiliklərdən, sözlərdən bəhs edir. Qarşılığı olduğu halda “papa”x9d, “mama”x9d sözləri ilə valideynlərə müraciət edilməsi və yaxud da müxtəlif şirkətlərdə, hətta dövlət müəssisələrində, bəzi nazirliklərdə işçilərin rus dilində danışması təəccüb doğuran bir haldır. Dilimizi qorumalıyıq, çünki o bizim bir millət olaraq var olmamızın təməlidir. Ana dili gününüz mübarək olsun!

Məlahət Mürşüdlü, təhsil eksperti






































































































