Böyük Britaniya parlamentinin üzvü SOCAR-ın vitse prezidenti ilə görüşüb

Hazırda oxunan: Böyük Britaniya parlamentinin üzvü SOCAR-ın vitse prezidenti ilə görüşüb

152951
Azərbaycana səfəri çərçivəsində Böyük Britaniya parlamentinin üzvü lord David Evans SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ilə görüşüb.

Görüş çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı və bu sahədə gələcəkdə görülə biləcək birgə işlər müzakirə edilib.xa0

Lord David Evans Azərbaycanda keçirilən ümumxalq səsverməsini - referendumu izləmək məqsədi ilə müşahidəçi qismində Azərbaycana səfər etdiyini bildirmiş, qeyd etmişdir ki, referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir və səsvermə prosesini izləyərkən müşahidə etdikləri onda xoş təəssüratlar yaratmışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin