Sumqayıt Texnologiyalar Parkı əmək yarmakasında iştirak edib

Hazırda oxunan: Sumqayıt Texnologiyalar Parkı əmək yarmakasında iştirak edib

138293
Ölkəmizin qeyri-neft sektorunun ən əsas istehsal sahələrindən biri olan Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Sumqayıt Dövlət Universitetində "Karyerada ilk addım" devizi altında keçirilən əmək yarmarkasında iştirak edib.xa0

İş axtarışında olan universitetin tələbə və məzunlarına müxtəlif departamentlərində olan vakant yerlər barədə məlumat verilib və onların iş üçün müraciət anketləri qəbul olunub. Həmçinin müəssisədə təcrübə keçmək istəyənlərin istəkləri də qeydə alınıb.

STP artıq "Karyerada ilk addım" devizi altında keçirilən dörd əmək yarmarkasında aktiv iştirak edib.xa0

Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan Sumqayıt Texnologiyalar Parkı, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır. Müəssisə işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir. xa0Texnoparkda xa0mövcud olan bütün vakansiyalar rəsmi internet səhifəsində (www.stp.az) yerləşdirilir və namizədlər müvafiq qaydalara riayət etməklə iş üçün müraciət formalarını göndərə bilirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin