Şəhid qanı yerdə qalmaz...

Hazırda oxunan: Şəhid qanı yerdə qalmaz...

116889
1990-cı il...yanvarın 19-20-nə keçən gecə.O gecə bəlkədə tariximizin ən dəhşətli gecəsi idi.O gecə kim bilirdi ki, faciə qaçılmaz olacaq .O gecə təqvimin ən ağır günü kimi bəşəriyyata yazıldı .Bu insanların şad ”“xürrəm həyatları ani məqamda birdəfəlik söndü.

20 yanvar 1990-cı il triximizə qara hərflərlə yazıldı .Xalqımız 70 il müstəmləkə əsarətindən qurtulmaq istəyi ilə küçələrə çıxdı.Sovet imperiyasının xain hərbiçiləri xalqımızın azadlıq ,müstəqillik əqidəsini heç cürə sındıra bilmədi. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.

Bu qanlı hadisənin törədilməsində əsas məqamlarından biri öz qanuni təələblərini irəli sürən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının əzmini qırmaq, insanların müstəqillik istəklərini zirehli maşınların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Günahkar axtarır dünyada güman,
Qəhərdə qeyrətdir milləti boğur,
Torpağı qürbətə çevirən zaman,
Vətən Şəhid doğur,Qəhrəman doğur.

Necə-necə insanın ülvi ümidlərini söndü bu gecə.Neçə ana övladını gözləyə bilmədi.Neçə ana qəhər içində göz yaşları tökdü bu gecə .Həmin gecə xalqımız imperiyanın polad maşınına sinə gəldi.Həmin gün azadlıq eşqi ilə yaşayan gənclərimiz üzərilərinə gələn tanklara bir daha sübut etdilər ki,xalqımız məğlubedilməzdir.

Şair Əli Vəkilin 20 yanvar hadisələrinə həsr etdiyi şeirdə baş vermiş faciəmiz əsaslı təsvir edilir..

Qəsdimizə durdular ,
Sinəmizdən vurdular,
Günahsızdıq-qırdılar,
İyirmi Yanvar günü!

Geriyə çəkilmədiq,
Qorxu nədir bilmədik,
Şəhid olduq ,ölmədik,
İyirmi Yanvar günü!

Neçə-neçə Qəhrəman,
Susduruldu həmin an,
Küçələrdə axdı qan,
İyirmi Yanvar günü!

Allah dözüm ver dözüm,
Nələr verəcək gözüm,
Köks ötürdü Təbrizım,
İyirmi Yanvar günü!

Bəla var başımızda ,
Dil açdı daşımızda ,
Qaldı yaddaşımızda ,
İyirmi yanvar günü!

Bu il xalqımız 20 Yanvar hadisələrinin 26-cı ildönümünü qeyd edir, igid övladlarının qəhrəmanlıqları məhəbbətlə xatırlayır, onların xatirəsini böyük hörmətlə yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda şəhid olmuş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı millətimiz üçün müqəddəs bir and yerinə, çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

İyirmi yanvarda, o qanlı gündə Əsarət ipini qırdı şəhidlər. Hüseyni duruşla qalxıb ayağa Zilləti izzətlə vurdu şəhidlər.

Şəhidlik ”“ əbədi bir həyat demək, Şəhidlik ”“ əbədi səadət demək, Şəhidlik cihaddır ”“ ibadət demək Səf-səf ibadətə durdu şəhidlər.

“”¦Onlar diridirlər”¦”x9d ”“ Quran ayəsi Şəhidin qanıdır hürlük mayası. Azadlıq! ”“ məqsədi, amal, qayəsi Bu yolda canını verdi şəhidlər.

Ehtiyatda olan Polkovnik-leytenant Mürsəl Qurbanov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin