Azərbaycanlı milyarder erməni məsələsinə görə Narişkinə yazdı: “Vətəndaşlıqdan çıxaram...”x9d

Hazırda oxunan: Azərbaycanlı milyarder erməni məsələsinə görə Narişkinə yazdı: “Vətəndaşlıqdan çıxaram...”x9d

115468
Azərbaycanlı milyarder və ictimai-siyasi xadim Fərhad Əhəmədov Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə məktub yazaraq “erməni soyqırımı”x9dnın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbuluna imkan verməməyə çağırıb.

Məktubun surətində deyilir ki, əgər bu qanun layihəsi qəbul edilsə Fərhad Əhəmədov Rusiya vətəndaşlığından çıxacaq.

Sergey Narışkin

Xəbər verildiyi kimi “erməni soyqırımı”x9dnın inkarına görə məsuliyyət nəzərdə tutan qanun layihəsi ötən ilin noyabrında Dövlət Dumasına təqdim edilib. Sənədin müəllifi “Ədalətli Rusiya”x9d fraksiyasıdır. Bu günlərdə məlum olub ki, Rusiyadakı azərbaycanlı diasporunun 30-a qədər tanınmış nümayəndəsi Narışkinə məktub göndərərək qanun layihəsinin müzakirəyə çıxarılmasından çəkinməyə çağırıb. Eyni zamanda məlum olub ki, Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının rəhbərləri həmin məktubu imzalayanlara təzyiq göstərib.


Narışkinə məktubunda Fərhad Əhəmədov yazır ki, 1995-ci ildə Duma “erməni soyqırımı”x9dnı pisləyən qətnamə qəbul edib. İndi isə “soyqırımı”x9d inkar edənlərə qarş məsuliyyət nəzərdə tutan qanun layihəsinin müəlliflərinin motivi ona aydın deyil. “Təəsüflə bildirirəm ki, əgər bu və ya digər səbəbdən həmin qanun layihəsi qəbul edilsə həyatımın 40 ilini verdiyim, o cümlədən 5 il Federasiya Şurasının üzvü kimi xidmət etdiyim Rusiyanın vətəndaşlığından imtina edəcəyəm”x9d-məktubda deyilir.(virtualaz.org)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin