Akif Şahbazovu Milli Şuraya təqdim edənin kimliyi bəlli oldu

Hazırda oxunan: Akif Şahbazovu Milli Şuraya təqdim edənin kimliyi bəlli oldu

35849

Milli Şuranın son sesssiyasında keçmiş ADP və ACP sədri, eks-millət vəkili Akif Şahbazovun üzvlükdən çıxarılmasına səbəbkarın özü dərhal (25 oktyabr 12.09 radələrində) Moderator.az-a açıqlamasında sərt münasibət bildirərək onun nə bu qurumun üzvlüyünə daxil edilməsindən, nə də çıxarılmasından xəbəri olmadığını bildirmişdi. Akif Şahbazov Milli Şura üzvlərinin qarasınca deyinərək adını ora yazarkən kimsənin ondan nəsə soruşmağı lazım bilməməsinə bərk qəzəblənsə də sonradan buna əhəmiyyət verməməyi lazım bildiyini deyib.

Moderator.az Milli Şura rəhbərliyinə daxil olan bəzi səlahiyyətli şəxslərlə əlaqə saxlayaraq Akif Şahbazovun bu quruma üzvlüyünün hansı mexanizm və ya posedurla gerçəkləşdiyini araşdırıb. Bəlli olub ki, onun, keçmiş deputatlar Zəminə Dünyamalıyevanın və Solmaz Ələsgərovanın namizədliklərini Rəsul Quliyev Milli Şura üzvlüyünə təqdim edib. Özü də onlara o qədər etibar edib ki, heç mövqelərini öyrənməyi də lazım bilməyib. Bu isə Akif Şahbazova bərk təsir etsə də o susmağa üstünlük verib.

Biz Rəsul Quliyevlə əlaqə saxlayıb onun məsələyə münasibətini öyrənmək istəsək də eks-spikeri tapa bilmədik. Hər halda yaxın vaxtlarda onun da mövqeyini öyrənməyə çalışacağıq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin