Rusiya ordusu Ukraynanın yanacaq-energetika obyektlərinə zərbələr endirdi

Hazırda oxunan: Rusiya ordusu Ukraynanın yanacaq-energetika obyektlərinə zərbələr endirdi

619980

İyunun 18-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın yanacaq-energetika kompleksinin obyektlərinə qrup zərbələri endirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.

Rəsmi məlumata görə, quru və hava bazalı yüksək dəqiqlikli silahlar, həmçinin uzaqmənzilli zərbə pilotsuz aparatları vasitəsilə həyata keçirilən hücum nəticəsində Kiyev vilayətinin "Borispol-2" ərazisindəki yanacaq-sürtkü materialları anbarı və Poltava vilayətində yerləşən "Zaturino" neft emalı zavodu vurulub.
 

Rusiya tərəfi bu addımın son dövrlər onların infrastrukturuna edilən hücumlara cavab olaraq atıldığını iddia edib. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi ötən gecə ölkə regionları üzərində ümumilikdə 555 Ukrayna PUA-sının məhv edildiyini bəyan edib.


Moskva meri Sergey Sobyanin günün əvvəlindən bəri paytaxt istiqamətində 180-ə yaxın dronun vurulduğunu, Jukovski şəhərində çoxmərtəbəli yaşayış binasına ziyan dəydiyini təsdiqləyib. Rostov vilayətində isə 60-a yaxın PUA-nın sıradan çıxarıldığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin