Zahid Oruc nazirə minnətdarlıq etdi

Hazırda oxunan: Zahid Oruc nazirə minnətdarlıq etdi

34924

Prezidentliyə namizəd Zahid Oruc daxili işlər naziri Ramil Usubova minnətdarlıq edib. Prezidentliyə namizəd Z.Oruc bildirib ki, cəmi bir neçə gündən sonra başa çatacaq 9 oktyabr prezident seçkiləri ilə bağlı ölkədə ictimai asayişin, təhlükəsizliyin təmin olunmasında, həmçinin, prezidentliyə namizədlərin tədbirlərinin heç bir insident yaşanmadan baş tutmasında Daxili İşlər Nazirliyinin (DİN), hüquq-mühafizə orqanlarının xidmətləri danılmazdır. 

Onun sözlərinə görə, eyni zamanda, özünün dünən “Məhsul” stadionunda keçirdiyi izdihamlı mitinq-görüşün bütün proseslərinə yüksək səviyyəli nəzarət olunması hüquq-mühafizə orqanları əməkdaşlarının öz işlərinə peşəkar yanaşmalarının nəticəsidir: 

“Prezidentliyə namizədlərin bütün ölkə boyu keçirdiyi görüşlərdə olduğu kimi, dünənki tədbirdə də polis orqanları əməkdaşları hər vasitə ilə çalışırdılar ki, vətəndaşlar bu tədbirdə normal şəkildə iştirak etsin, hər hansı bir insident, qarşıdurma yaranmasın, eyni zamanda, ictimai nəqliyyatın hərəkəti normal təmin olunsun”- deyən prezidentliyə namizəd bununla bağlı daxili işlər naziri R.Usubova xüsusi təşəkkürünü və minnətdarlığını ifadə edib. 

Z. Oruc həmçinin bildirib ki, ötən təbliğat-təşviqat kampaniyası dövründə keçirilən görüşlərdə, o cümlədən, özünün dünənki tədbirində ictimai təhlükəsizlik qaydaları da tam təmin olunub. Bu baxımdan, prezidentliyə namizəd eyni zamanda, DİN-nin müvafiq qurumunun rəhbəri Cavanşir Məmmədova və mitinqlərin keçirildiyi rayonun -Yasamal rayonunun İcra Hakimiyyətinə öz minnətdarlığını bildirib. 

“Bütün bu addımlar azad və ədalətli seçkilərin keçirilməsi üçün xüsusi mənaya malikdir. Bu yerdə qeyd edim ki, mitinqimizdə iştirak edən bir çox müşahidəçilər də bunu qeyd edirdilər və müşahidə etdiklərini öz hesabatlarına daxil edəcəklərini bildirirdilər. 

Bir sözlə, əminliyimi ifadə etmək istəyirəm ki, seçkilər Azərbaycan xalqının azad iradəsi ilə yüksək fəallıq şəraitində baş tutacaq və millətimizin gələcəyinin təminatında mühüm mərhələ olacaq”- deyə, Z. Oruc sözlərinə əlavə edib.

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin