İki gün öncə ABŞ Dövlət Departamenti vətəndaşları üçün yeni səyahət məsləhətləri hazırlayıb (New Travel Advisories for U.S. Travelers). Ermənistan və Gürcüstan birinci kateqoriyada - "Normal Precautions" - yer alıb. Bu kateqoriya daha aşağı riskli sayılır.
Azərbaycan 2-ci kateqoriyada - "Increased Caution"da yer alır. ABŞ Azərbaycana səfər edən vətəndaşlarını terrorizm riski ilə əlaqədar daha diqqətli olmağa çağırır. Qeyd edilir ki, terrorist qruplar Azərbaycana mümkün hücumları planlaşdırmağa davam edirlər. Terrorçular turistik yerlərə, nəqliyyat mərkəzlərinə, bazarlara, ticarət mərkəzlərinə, yerli hökumət qurumlarına, hotellərə, klublara, restoranlara, ibadət yerlərinə, parklara, əsas idman və mədəni tədbirlərin keçirildiyi məkanlara, aeroportlara və digər ictimai yerlərə hücumlar edə bilərlər.
Bu gün bizim TV-lərdə bir xəbər gördüm. ABŞ Dövlət Departamentinin bu qərarına, yəni Azərbaycanı daha təhlükəli yer kimi göstərməsinə Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Zaxarova hirslənərək tənqid edirdi.
Mənə maraqlıdır, niyə XİN rəhbəri Məmmədyarov yox, XİN sözcüsü Hikmət bəy yox, məhz Zaxarova bu məsələyə reaksiya verir?
Bəlkə Zaxarovaya həm də bizim Nazirliyin sözcülüyünü tapşırıblar?
Ya da artıq Rusiya o qədər irəliyə gedib ki, Azərbaycanı da öz ərazisi hesab edərək, açıqlama vermək məcburiyyəti hiss edib?
Ələsgər Əhmədoğlu, media eksperti, hüquqşünas





































































































