Ərşad İbrahimlinin şərləndiyini isbatlayan videosübut...- VİDEO

Hazırda oxunan: Ərşad İbrahimlinin şərləndiyini isbatlayan videosübut...- VİDEO

48507

3 gün öncə guya şahidlərə təsir etməsi bəhanəsiylə həbs edilən araşdırmaçı jurnalist Ərşad İbrahimlinin doğrudan da Kəlbəcər rayon Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov tərəfindən şərlənməsini təsdiq edən bir videosübut Moderator.az-a göndərilib.

Xatırladaq ki, Məhəmməd Bağırovun şikayəti əsasında Ərşad İbrahimliyə qarşı aylar öncədir ki, guya hədə-qorxu ilə pul tələb etmə maddəsiylə cinayət işi başlanılıb və prokurorluq istintaq müddətində heç nə sübut edə bilməmişdi.

Moderator.az-a göndərilən videomaterialda isə kəlbəcərli qadın Məhəmməd Bağırovun onun ailəsini hədələdiyini, qızının adı xeyli vaxtdır ki, mətbuatda hallanan Fərqanə ilə rəfiqə olduğuna görə onların hədələndiyini, Ərşadın üzünə durmaları üçün onlara 2 min manat pul təklif edildiyini, əks halda başlarına oyun açılacağı barədə təhdid edildiklərini bildirir, baş prokuror Zakir Qaralovdan kömək istəyir.

Redaksiyadan: 

Biz də Zakir Qaralovdan ədalətli mövqe gözləyirik və ümid edirik ki, hörmətli baş prokuror haqqı nahaqqa verməyəcək, Ərşad İbrahimlinin gerçəkdən də hasız olaraq həbsə atıldığını öz qərarıyla sübut edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin