Moderator.az xəbər verir ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırlıb. İdarədən saytımıza bildirilib ki, başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Aparılmış istintaqla cəmiyyətin Şəki rayon Aqroservis filialının
müdiri Rafim Qurbanovun ümumilikdə 66 nəfər kənd təsərrüfatı məhsullarının
istehsalçılarının adlarına onların məlumatı olmadan mineral gübrələrin güzəştli
şərtlərlə satışını rəsmiləşdirməsi, lakin həmin mineral gübrələri ayrı-ayrı fiziki
və hüquqi şəxslərə sataraq əldə olunmuş 789 min 512 manat məbləğində vəsaiti,
həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən aldıqları gübrə
üçün ona verilmiş 55 min 124 manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə
mədaxil etməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət
Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan
edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq tədbirləri
davam etdirilir.



































































































