Büdcə zərfinin müzakirəyə çıxarılacağı tarix açıqlandı

Hazırda oxunan: Büdcə zərfinin müzakirəyə çıxarılacağı tarix açıqlandı

35493
Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcə zərfinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix açıqlanıb.
Parlamentdən Moderator.az-a verilən məlumata görə, büdcə zərfinin noyabrın 4-də İqtisadi siyasət komitəsinin iclasında, noyabrın 12-də isə plenar iclasda müzakirəyə çıxarılması planlaşdırılır.
Büdcə zərfinə, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında və “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin