Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cinah müdafiəçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə keçirilən cavab oyununda zədələnib:
"Aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir. Onun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir".
Xatırladaq ki, "Qarabağ" iki oyunun (0:1, 2:0) nəticəsinə əsasən "Dinamo"nu mübarizədən kənarlaşdırıb.

Bizim.Media






























































































