Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Hazırda oxunan: Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

628337

53 kq çəki dərəcəsində mübarizə aparan Fatimə Bayramova Bakıda keçirilən U17 güləşi üzrə dünya çempionatında ilk görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, o, Sela Cudit Rozov (İsrail) ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin tam üstünlüyü ilə başa çatıb - 11:0.

Qeyd edək ki, bu gün daha dörd güləşçimiz - Fidan Babayeva (61 kq), Simura Abdullayeva (69 kq), Nuray Cəfərli (48 kq) və Gülxanım Şirinova (40 kq) xalça üzərinə çıxacaq.

Dünən mübarizəyə qoşulan Qaratel Quliyeva (57 kq), Rəna Nuriyeva (65 kq), Vəfa Orucova ( 43 kq) və Nəzrin Əhmədli (49 kq) ilk görüşdəcə məğlub olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin