İranla müharibə ABŞ-ın silah arsenalını tükətdi

Hazırda oxunan: İranla müharibə ABŞ-ın silah arsenalını tükətdi

636426

İranla müharibə ABŞ-ın yüksək dəqiqlikli silah arsenalında ciddi çatışmazlıq yaradıb. 

Bizim.Media "CBS News" nəşrinə istinadən xəbər verir ki, "Patriot" zenit raketləri kimi vacib sursatların ehtiyatının bərpası 1-5 il çəkə bilər, Çinlə potensial münaqişə üçün isə bundan da çox vaxt tələb olunur.

Münaqişə zamanı təxminən 1,5 min "Patriot" raketi istifadə olunub. Hazırda ildə təxminən 750 ədəd belə raket istehsal edən "Lockheed Martin" şirkəti istehsalı ildə 2 min ədədə çatdırmağı planlaşdırır.

Eyni zamanda, Pentaqon bahalı sistemlərlə yanaşı, qiyməti təxminən 200 min dollar olan 10 min ucuz qanadlı raket almağı da nəzərdə tutur.

Mütəxəssislər qeyd edirlər ki, ABŞ-ın mövcud ehtiyatları İrana qarşı mübarizəyə bəs etsə də, Çinlə mümkün genişmiqyaslı qarşıdurma üçün hərbi sənayenin hələ uzun müddət gücləndirilməsinə ehtiyac var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin