"İnter Mayami"nin hücumçusu və kapitanı Lionel Messi klubun düşərgəsinə qayıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti "Instagram" səhifəsində məlumat yayıb.
Klub bazaya gələn futbolçuların, o cümlədən argentinalı hücumçunun bir neçə fotosunu paylaşıb.
"Bugünkü gəliş tam fərqli hiss etdirir", — deyə paylaşımda qeyd olunub.
Klubun düşərgəsinə həmçinin hücumçular German Berterame, Daniel Pinter və Luis Suares, müdafiəçilər Yen Frey, Ezekiel Abadya-Reda, Serxio Reqilon və Noa Allen, yarımmüdafiəçilər Kazemiro və David Ayala gəliblər.

Bizim.Media

































































































