DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

Hazırda oxunan: DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

628268

Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi dünya çempionatının final oyununun başa çatmasından sonra İspaniya oyunçularına hücum etdiyi üçün Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesə qarşı araşdırmaya başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında dərc olunub.
 

FİFA-nın hesabatında Paredes tərəfindən üç hücum hadisəsi qeyd edilib. Həmçinin, intizam məcəlləsinin eyni maddəsinin pozulmasına görə Nahuel Molina (bir hücum hadisəsi və bir hücum cəhdi) və Roberto Ayalaya (bir hücum hadisəsi) qarşı da iş açılıb. Bundan əlavə, FİFA Molinanı, onun həmyerlisi Tiaqo Almadanı və Qavini qeyri-idman davranışında şübhəli bilir.


Qeyd edək ki, dünya çempionatının final fitindən dərhal sonra meydanda əlbəyaxa dava düşüb. Molina həmin an yanından qaçaraq keçən İspaniya millisinin kapitanı Rodrini əli ilə sinəsindən vurub. Buna görə futbolçular arasında mübahisə başlayıb və hər iki komandanın oyunçuları dərhal davaya qoşulub. Paredes təcavüzkar şəkildə ispanların müdafiəçisi Erik Qarsiyanın boğazından yapışıb, daha sonra isə yoldaşının tərəfini saxlamaq istəyən ispan Qaviyə hücum edib.

FİFA, həmçinin Argentina millisinin məşqçilər korpusunun üzvü Roberto Ayalanın da davranışını araşdırır.

Belə ki, o, matç bitdikdən sonra ispanların yarımmüdafiəçisi Daniel Olmo ilə mübahisə edib, daha sonra isə onun üzünə zərbə endirib.

Xatırladaq ki, dünya çempionatının finalı İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün əsas vaxtı heç-heçə (0:0) bitib, ikinci əlavə vaxtda isə yeganə qolu "Barselona"nın 26 yaşlı hücumçusu Ferran Torres vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin