Kriştiano Ronaldo "Kingsman"ın rejissoru ilə serial çəkir

Hazırda oxunan: Kriştiano Ronaldo "Kingsman"ın rejissoru ilə serial çəkir

627963

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo yeni layihəsi ilə diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə The Sun məlumat yayıb.

Məlumata görə, Ronaldo məşhur "Kingsman" filmlərinin rejissoru Metyu Vonla birlikdə britaniyalı futbol agentindən bəhs edən serial hazırlayır.

"Day 1s" ("Birinci günlər") işçi adı ilə çəkilən serialın baş qəhrəmanını "Vətən" (Homeland) və "Milyardlar" (Billions) seriallarının ulduzu Demian Lyuis canlandıracaq. Süjet futbol meneceri Stenli Daltonun uydurma həyat hekayəsi əsasında qurulub.

Layihənin ideya müəllifi futbol agenti Darren Deyn olub. Çəkilişlər artıq Londonda başlayıb.

Serialda, həmçinin, Fransa millisinin və Londonun "Arsenal" klubunun sabiq ulduzu Tyerri Anri, eləcə də britaniyalı reper Dave də rol alacaqlar.

Bildirilib ki, Kriştiano Ronaldo layihədə təkcə icraçı prodüser kimi çıxış etməyəcək, həm də serialda epizodik rol alacaq.

Qeyd edək ki, Metyu Von "Kartlar, pul, iki lülə", "Laylı piroq", "X-Men: Birinci sinif" və "Kingsman" trilogiyası kimi məşhur ekran əsərlərinin müəllifidir.

Hazırda 41 yaşlı Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış etsə də, futbol karyerasından sonrakı dövr üçün kino sənayesində də fəaliyyətini genişləndirməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin