Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının medalları təqdim olunub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, çempionatın medalları özünəməxsus dizaynı ilə seçilir.
Medalın kənarlarında Azərbaycanın zəngin mədəni irsini əks etdirən milli xalçaçılıq naxışlarından istifadə olunub.
Bu elementlər yarışın ev sahibi olan Azərbaycanın tarixi-mədəni dəyərlərini ön plana çıxarmaqla yanaşı, medallara xüsusi estetik görünüş qazandırır.
Diametri 10 santimetr olan medallardan ümumilikdə 120 ədəd hazırlanıb. Yarışda 30 qızıl, 30 gümüş və 60 bürünc medal sahibini tapacaq.
Qeyd edək ki, U-17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:21 / 24.07.2026
Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının MEDALLARI təqdim olundu
Hazırda oxunan: Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının MEDALLARI təqdim olundu
Hazırda oxunan: Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının MEDALLARI təqdim olundu
627307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































