Çempionlar Liqası başlayır: “Sabah” üçün ÇƏTİN SINAQ

Hazırda oxunan: Çempionlar Liqası başlayır: “Sabah” üçün ÇƏTİN SINAQ

623692

Bu gün UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünə start veriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Sabah" mübarizəyə doğma meydanda başlayacaq.

Ölkə çempionu I təsnifat mərhələsinin ilk oyununda Bakıda Uelsin TNS komandasını qəbul edəcək. Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Polşa Futbol Federasiyasından FIFA dərəcəli baş hakim Patrik Qritskeviç idarə edəcək.

"Sabah"ın heyətində yalnız zədəli Xəyal Əliyev bu görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Ozuestri şəhərində təşkil olunacaq. Bu cütün qalibi II raundda "Vardar" (Şimali Makedoniya) - "KuPS" (Finlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin