Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/4 final mərhələsi çərçivəsində keçiriləcək İngiltərə - Norveç matçına bilet 8 milyon dollara satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, satışda daha ucuz biletlər olsa da, ümumilikdə Bakı vaxtı ilə iyulun 12-nə keçən gecə Mayamidə baş tutacaq oyunun biletləri dünya çempionatları tarixinin rekordlarını qırır.
Belə ki, birinci kateqoriyalı biletlərin qiyməti 3 200 dollardan başlayaraq artıq qeyd olunan 8.05 milyon dollara qədər dəyişir. Matçı ikinci kateqoriyalı yerlərdən izləmək 103 500 dollara başa gələcək, üçüncü kateqoriyalı yerlər üçün isə qiymətlər 2 900 dollarla 57 500 dollar arasında dəyişir. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
20:17 / 06.07.2026
Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR
Hazırda oxunan: Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR
Hazırda oxunan: Dünya çempionatının oyununa bilet 8 milyon dollara SATILIR
623643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































