Dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Fransa – Paraqvay oyunu ekstremal hava şəraiti ilə yadda qalıb.
Bizim.Media xəbər verir ki, matç zamanı stadionda havanın temperaturu müsbət 43 dərəcəyə çatıb.
Oyunun keçirildiyi qazonun səviyyəsində isə istilik göstəricisi hətta müsbət 60 dərəcəyə kimi yüksəlib.
Futbolçuların səhhətini qorumaq və ekstremal istiliyin mənfi təsirlərini azaltmaq məqsədilə ehtiyat oyunçular skamyasının yanında xüsusi kondisioner sistemləri quraşdırılıb.
Qeyd edək ki, çempionatın bir çox oyununda orta temperatur göstəricisi 30 dərəcədən yüksək olub. Gərgin keçən qarşılaşmanın sonunda Fransa millisi Paraqvay komandasını 1:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıb.

Bizim.Media

- A-
- A
- A+
İdman
13:32 / 05.07.2026
DÇ-2026: Fransa və Paraqvay matçında ekstremal istilik rekordu -FOTO
Hazırda oxunan: DÇ-2026: Fransa və Paraqvay matçında ekstremal istilik rekordu -FOTO
Hazırda oxunan: DÇ-2026: Fransa və Paraqvay matçında ekstremal istilik rekordu -FOTO
623374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































