Fransa millisinin hücumçusu Kilian Mbappe üç fərqli dünya çempionatının pley-off mərhələlərində ən azı üç qol vuran ilk futbolçu olub.
Bizim.Media bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvay yığması ilə matçın (1:0) 70-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə fərqlənib.
Bu qol onun hazırkı dünya çempionatında 7-ci, cari turnirin pley-off mərhələsində isə 3-cü qolu olub. O, bundan əvvəl 1/16 finalda İsveç millisinin qapısına iki qol vurmuşdu (3:0).
Qeyd edək ki, Mbappe 2018-ci il dünya çempionatının pley-off mərhələsində üç qol (1/8 finalda Argentinaya iki, finalda Xorvatiyaya bir qol), DÇ-2022-də isə beş qol (1/8 finalda Polşaya iki, finalda Argentinaya üç qol) vurmağı bacarmışdı.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:53 / 05.07.2026
Mbappe dünya çempionatlarının tarixinə düşdü
Hazırda oxunan: Mbappe dünya çempionatlarının tarixinə düşdü
Hazırda oxunan: Mbappe dünya çempionatlarının tarixinə düşdü
623341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































