Futbol üzrə dünya çempionatında Paraqvay - Fransa oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, 1/8 final mərhələsinin matçı Filadelfiya stadionunda təşkil olunub.
Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edib.
Oyunun nəticələrinə görə, Fransa komandası minimal hesabla qələbə qazanıb - 1:0.
70-ci dəqiqədə kobud oyuna görə təyin edilən penaltini Kilian Mbappe qola çevirib.
Bu qələbə sayəsində 1/4 finala yüksələn Fransanın rəqibi Mərakeş millisi olacaq.
<iframe width="1297" height="730" src="//www.youtube.com/embed/PRDiePvFVAU" title="DÇ-26 | 1/8 final | Paraqvay - Fransa | İCMAL" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
Bizim.Media





































































































