"Beşiktaş" "Arsenal"da çıxış edən Leandro Trossardı transfer etmək istəyir.
Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi belçikalı vingerin keçidi üçün İngiltərə çempionu ilə razılıqq əldə edib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
London klubu türklərin 18+2 milyon avroluq təklifini qəbul edib. "Beşiktaş" 31 yaşlı futbolçunun klubu ilə razılıq əldə etdikdən sonra onun özü ilə şəxsi müqaviıənin şərtləri üzərində işləyir.
Qeyd edək ki, Leandro Trossard 2025/26 mövsümündə "Arsenal"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 50 rəsmi matçda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Belçika klubunun üzvünün İngiltərə klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
Bizim.Media



































































































