“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Ağdam klubu “Ferentsvaroş”un cinah oyunçusu Cəbrail Makreçkisi transfer edib. Tərəflər arasında razılıq əldə edilib
26 yaşlı futbolçu artıq ölkəmizə təşrif buyurub. O, hazırda Bakıdadır. Oyunçu tibbi müayinədən keçdikdən sonra Ağdam klubu ilə müqavilə imzalayacaq.
Müdafiəçi 2023-cü ilin yayından Macarıstan klubunun formasını geyinir. O, bu müddətdə iki çempionluq və bir ölkə kuboku qazanıb, həmçinin UEFA Avropa Liqası və Konfrans Liqasında çıxış edib.
Futbolçu ötən mövsüm Macarıstan klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib. O, bu matçlarda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.
Makreçkis Latviya U-19 millisində 7 oyun keçirib. Onun “Ferentsvaroş”la müqaviləsi bu yay başa çatıb.
Bizim.Media


































































































