“Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

Hazırda oxunan: “Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

623262

“Turan Tovuz”un forvardı Jo Batişta hələ ki yeni mövsümlə bağlı konkret qərarını verməyib.

Bizim.Media xəbər verir ki, komanda avrokuboklara vəsiqə qazandığından braziliyalı hücumçu “Turan Tovuz”un heyətində Konfrans Liqasının matçlarını oynamaq üçün yeni mövsümə də Azərbaycanda qalmaq istəyirdi. Lakin komandanın Avropaya buraxılmamasından sonra Batiştanın fikrində dəyişiklik olub.

31 yaşlı futbolçu Yaponiyanın “Yokohama Marines” klubundan gələn təklifi geri çevirib.

Portuqaliya Superliqasında yarışan klubların da transfer siyahısında yer alan Jonun hansı qərarı verəcəyi yaxın günlərdə bəlli olacaq. Onun “Turan Tovuz”la müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin