Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb - FOTO

Hazırda oxunan: Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb - FOTO

623243

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında tarixi nəticəyə imza ataraq 10 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
 
Bizim.Media xəbər verir ki, Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, yığmanın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
 
Xatırladaq ki, qitə birinciliyində Zəhra Quliyeva (40 kiloqram) və Nihad Ağayev (50 kiloqram) qızıl, Fərid Rzazadə (50 kiloqram), Sadiq Məmmədov (73 kiloqram), Ömər Axundov (90 kiloqram) gümüş, İbrahim Talıbov (55 kiloqram), Könül Eyvazlı (48 kiloqram), İlkin Qarayev (66 kiloqram), Ayxan HəsənliYaqub Məmmədov (hər ikisi 81 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Yığmamız yekunda 2 qızıl, 3 gümüş və 5 bürünc medalla ümumi komanda hesabında ikinci yeri tutub.
 











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin