Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçu olub.
Bizim.Media xəbər verir ki, son oyunun nəticələrinə əsasən, hücumçu bu göstərici ilə 1986-cı il dünya çempionu Dieqo Maradonanı geridə qoyub.
Messi dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı keçirilən oyunda məhsuldar ötürmə müəllifi olub.
Bununla da onun dünya çempionatlarının final mərhələlərində məhsuldar ötürmələrinin sayı doqquza yüksəlib. Dünya çempionatlarında məhsuldar ötürmələrin rəsmi statistikası 1966-cı ildən aparılır.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:06 / 04.07.2026
Messi dünya çempionatında rekorda imza atıb
Hazırda oxunan: Messi dünya çempionatında rekorda imza atıb
Hazırda oxunan: Messi dünya çempionatında rekorda imza atıb
623191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































