“Sabah”ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu yay təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.
Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanışı iyulun 3-dək davam edəcək.
Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Bizim.Media






























































































