“Sabah” millimizin üzvü ilə müqavilə bağladı

Hazırda oxunan: “Sabah” millimizin üzvü ilə müqavilə bağladı

617271

“Sabah” müdafiəçi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.

Bizim.Media xəbər verir ki, 31 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Tellur 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu Masazır təmsilçisində ümumilikdə 102 oyun keçirib.


Mütəllimov komandanın uğurlarında xüsusi pay sahibi olmuş futbolçulardandır. O, “Sabah”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin