Yankoviç “Qarabağ”da qalır - Özü açıqladı

Hazırda oxunan: Yankoviç “Qarabağ”da qalır - Özü açıqladı

617213

Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviç “Qarabağ”dakı gələcəyi barədə danışıb.

Bizim.Media xəbər verir ki, “Vijesti.me” portalına açıqlama verən təcrübəli futbolçu bunları deyib:

“Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsinə bir il qalıb. Hazırda “Qarabağ”dayam. Transfer bazarında nəsə baş verə bilər, amma bu məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoldaşlıq oyununda yaxşı oynamağa diqqət yetirəcəm. Sonra istirahət edəcəyəm və bundan sonra necə olacağını görəcəyik”.

30 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin