“Turan Tovuz” Avrokuboklardan kənarlaşdırıldı – RƏSMİ

Hazırda oxunan: “Turan Tovuz” Avrokuboklardan kənarlaşdırıldı – RƏSMİ

616893

Məlum olduğu kimi, son günlər UEFA tərəfindən “Turan Tovuz”un Avrokuboklardan kənarlaşdırılması ilə bağlı xəbərlər ölkə futbolunda əsas müzakirə mövzusuna çevrilib.

Bizim.Media xəbər verir ki, “Turan Tovuz”un mətbuat xidməti məsələ ilə bağlı məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI : 

“Turan Tovuz”un Avrokuboklardan kənarlaşdırılması iddialarına klubdan CAVAB


“2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırıb.

Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq.

Əlavə olaraq bildirik ki, konfrans liqasına hazırlıq planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə təlim-məşq kampına yollanacaq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, iyunun 1-də “Turan Tovuz” klubunun mətbuat katibi Süleyman Tağıyev Bizim.Media-ya açıqlamasında UEFA başda olmaqla heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almadıqlarını bildirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin