Maradona “Qızıl top”un Messiyə vrilməsinə etiraz edir

Hazırda oxunan: Maradona “Qızıl top”un Messiyə vrilməsinə etiraz edir

49959
Argentina millisinin futbolçusu Lionel Messinin Braziliyadakı dünya çempionatının ən yaxşısı seçilməsi narazılıqla qarşılanıb. Apasport.az saytının məlumatına görə, finalda Almaniyaya uduzan cənubi amerikalıların kapitanını “Qızıl top”a layiq görməyənlərin sayı yetərincədi.
 
Messinin özü, əfsanəvi Dieqo Maradona və Bundestimin üzvü Kristof Kramer də bununla bağlı maraqlı fikirlər səsləndirib.
 
Dieqo Maradona: “Marketinqlə məşğul olan insanlar Messiyə qazana bilmədiyini hədiyyə etmək istəyirlər. Elə təəssürat yarandı ki, heç onun özü də mükafatı almağa getmək istəmirdi. Mən Xames Rodrigesi ən yaxşı hesab edirəm”.
 
Lionel Messi: “Biz daha artığına layiq idik. Amma bəxt Argentinada üz döndərmişdi. Çox ağrılı zərbə alsaq da, Braziliyanı başıuca tərk edirik. Karyeramın ən ağır günüdü. Aldığım “Qızıl top” da mənim üçün çox az əhəmiyyət kəsb edir. Məni yalnız dünya çempionatındakı qələbə maraqlandırırdı”.
 
Kristof Kramer: “Messi dünya çempionatının ən yaxşısı seçilib? Onu təbrik edirəm. Amma mənim üçün bu mükafat zibildi. Bütün mükafatların ən dəyərlisini biz qazandıq”.
 
Quti: “Messinin dünya çempionatının ən yaxşı futbolçusu seçilməsi təəccüblüdü. Təəssüf ki, FİFA digər oyunçulara qarşı belə hörmətsizlik edir”.
 
Ronald de Bur: “Messi dünya çempionatının ən yaxşı futbolçusudu? Yəqin ki, FİFA zarafat edir. Messi ən yaxşıdı, amma bu turnirdə yox. Burda Tomas Müller, Aryen Robben və Toni Kroos ən yaxşı 3 oyunçu idi”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin