Cüdoçumuz gümüş medal qazandı

Hazırda oxunan: Cüdoçumuz gümüş medal qazandı

107460
Rüstəm Orucov yalnız həlledici döyüşdə məğlub olub.

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışının ikinci günü də Azərbaycan idmançıları üçün uğurlu olub.

73 kq çəki dərəcəsində dünya reytinqində 1-ci olan Azərbaycan cüdoçusu Rüstəm Orucov mötəbər turnirin gümüş medalını qazanıb.xa0

Finala gedən yolda ispaniyalı Kioşi Uematsu, Çin idmançısı Yınjirqala Sai, Qazaxıstan təmsilçisi Dastan İkibayev və belçikalı Dirk van Tiçelti məğlubiyyətə uğradan Rüstəm Orucov həlledici görüşdə Yaponiya cüdoçusu Soiçi Haşimoto ilə qarşılaşıb. Burada isə təmsilçimiz Asiya cüdoçusuna uduzaraq Çin Qran-Prisinin gümüş medalı qazanıb.

Digər iki cüdoçumuz - Əbdülhəqq Rəsullu (81 kq) və Hüseyn Rəhimli (81 kq) ilkin mərhələdə mübarizəni dayandırıb.

Qeyd edək ki, Çin Qran-Prisində yığmamızın aktivində 3 medal var. İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal, Rüstəm Orucov (73 kq) isə gümüş medala sahib olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin