Azərbaycanda silahlanmış qadın hərəkətə keçdi..

Hazırda oxunan: Azərbaycanda silahlanmış qadın hərəkətə keçdi..

40730
Azərbacanda silahlanmış qadın qohumunu qorxutmaq üçün onun evinin qarşısında atəş açıb. 

Moderator.az-ın Daxili İşlər Nazirlıyinə istinadən verdiyi məlumata görə, Bərdə rayonu Xəsilli kənd sakini Bəsti Salmanova yanvarın 27-də gecə saat 01 radələrində ov tüfəngi ilə silahlanaraq qohumu Əvəzxan Salmanovun evinin qaşısına gəlib və havaya atəş açıb.

Hadisə şahidləri baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. B.Salmanova könüllü olaraq sənədləri olmayan qundağı kəsilmiş ov tüfəngini, 3 ədəd patronu və 12 ədəd gilizi Bərdə RPŞ-nin hadisdə yerinə gəlmiş əməkdaşlarına təhvil verib.

Baş verən insidentlə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin