Ağstafa rayon polis şobəsi tərəfindən axtarışda olan Tahir Fərzəli oğlu Ayralovun saxlanılması ilə əaqədar rayonunun Dağkəsəmən kəndində keçirilən əməliiyat zamanı polis əməkdaşı başından güllə yarası alıb.
Moderator.az - ın bölgə müxbirinin xəbərinə görə 1989 - cu il təvəllüdlü Bağırov Vasif Şaiq oğlu başından aldığı güllə yarasından əvvəlcə Ağstafa rayon mərkəzi xəstəxanasına, daha sonra isə DİN-in paytaxtdakı hospitalına yerləşdirilib.
Əməliyyat gecə yarısı keçirildiyinə görə polis əməkdaşının kim tərəfindən vurulduğu bilinməyib. Fakt üzrə Ağstafa rayon prokrorluğunda cinayət işi açılıb, istintaq gedir.






































































































