Dünən Moderator.az - da "Şəmkirli sahibkarın İlham Əliyevə şok müraciəti..." başlıqlı yazı getmişdi və material saytın ən çox oxunan yazılarına başçılıq etmişdi.
Həmin yazını bu linkdən oxumaq olar---moderator.az/news/100835.html
Bu gün məktub müəllifi təkrar saytımıza aşağıdakı məktubla müraciət edərək etiraz aksiyasına əl atmaqdan başqa çıxış yollarının qalmadığını bildirib. Ümid edirik ki, müvafiq dövlət qurumları məsələnin bu həddədək gərginləşməsinə yol verməyəcək və sahibkarın üzləşdiyi problemin həllini tapması üçün hərəkətə keçəcəklər. Bu həm də prezident İlham Əliyevin iki gün öncəki məhşur çağırışına cavab olardı...
"Hörmətli Moderator.az saytı, çox sağ olun ki, bizim səsimizə səs verib problemimizi saytınız vasitəsi ilə 15.10.2015-ci il tarixdə “Səmkirli sahibkarin Prezident Ilham Əliyevə şok müraciəti”x9d baslığı altında cəmiyyətə catdırdınız.
Həmin yazını olduğu kimi 15.10. 2015 - ci il tarixdə hərfi - hərfinə Tovuz rayonu mərkəzi poçtundan hər biri 36 manat tutmaqla təcili teleqramla Azərbaycan Respublikasının Prezidenti I. Əliyev cənablarına, surətini: Sənaye ve Energetika naziri cənab Natiq Əliyevə, surətini "Azəriqaz" IB - nin sədri Əkbər Hacıyevə unvanladıq.
Təəssuflar olsun ki, səsimizə səs verən olmadı. 40 ailənin əməyi ilə yetisdirdiyi (xiyar) məhsulu batmaq uzrədir. Çunki gecələr havalar çox soyuq keçir. Temperaturu qoruya bilmirik. 4 hektar istixanaya 200. 000 manat sərmayə qoymusuq. Daha 2 gun də qazın verilişi bərpa olunmasa 200. 000 manatımız batacaq. Nəticədə 40 işci maaş ala bilməyəcək, onlar işsiz, ailələri ac qalacaq.
Aidiyyatı qurumlar və təcili teleqramla ağır vəziyyətimizi bildirdiyimiz ali qurumlardan da heç bir reaksiya verilmədiyi üçün mövcud durumumuzu Dövlətin ali qurumlarına çatdırmaq üçün təsərüfatda çalısan 40 işçi və onların ailələri, bizi istəyənlərin, sevənlərin iştirakı ilə bazar günü Bakı - Qazax avtomagistralında avtomobillərin hərəkətini müvəqqəti olaraq dayandırmaq məcburiyyətindəyik.
Odur ki, Azərbaycandaki xarici və yerli kütləvi informasiya vasitələrini səsimizə səs verməyə və bizimlə həmrəy olub həmin aksiyada istirak etməyə çağırırıq.
Hörmətli Moderator.az saytı, sizdən bir daha xahiş edirik ki, mümkünsə bu əlavələrimizlə həmin yazını təkrar verəsiniz.
Əvvəlcədən 40 ailə adından təşəkkür edirik".






























































































