Hacıbala Abutalıbovun yerinə ən iddialı namizəd

Hazırda oxunan: Hacıbala Abutalıbovun yerinə ən iddialı namizəd

37958

Bakı meri Hacıbala Abutalıbovun  vəzifəsindən uzaqlaşdırılacağı barədə xəbərlər yayılıb. Qeyd  edək ki, hələ  seçkidən  öncə vəzifəsindən  uzaqlaşdırılacağı haqda məlumatlar yayılsa da Hacıbala Abutalıbov öz postunu qoruyub saxlaya bildi. Bu günlərdə isə Bakı merinin yenidən  vəzifəsindən uzaqlaşdırılacağə haqda informasiyalar dövrüyəyə buraxıldı. Həmin məlumatlarda deyilir ki, yaxın vaxtlarda Abutalıbov vəzifəsini tərk edəcək və onun yerinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov təyin olunacaq. 

Avropa.info-nun məlumatlı mənbədən əldə etdiyi məlumata görə, Hacıbala Abutalıbovun vəzifəsindən uzaqlaşdırılması məsələsi həqiqətən də hakimiyyətin gündəmindədir. Mənbənin dediyin görə, sadəcə  uzun illərdir Bakı meri vəzifəsində çalışan  Abutalıbovun seçkidən öncə  vəzifəsindən uzaqlaşdırılması planları olsa da, sonradan bu proses  seçkidən sonraya saxlanılıb.  daha tez  "vurulması" üçün rəqibləri müxtəlif vasitələrdən istifadə edirlər. 
"İndi  Hacıbala Abutalıbovun rəqibləri  onun  daha tez  "vurulması" üçün rəqibləri müxtəlif vasitələrdən istifadə edirlər. Onun oğlunun guya, az qala bütün Bakını zəbt etməsi haqda məlumatlar dövrüyəyə buraxılır. Əsilində idə, Abutalıbovun  oğlunun Bakı şəhərində  Həsən Əliyev küçəsində  yerləşən  çay evindən başqa heç bir obyekti yoxdur."
Mənbə bildirir ki, son günlər Hacıbala Abutalıbovun yerinə təyin olunacaq namizədlərin arasında  Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcovun da adının çəkilməsi maraq doğurur.
"Zakir Fərəcov icra başçıları arasında o qədər də normal imicə malik məmur deyil. Onun adı indiyədək bir sıra qalmaqallarda hallanıb. Həmçinin  Zakir Fərəcovun  adı  mətbuatda mənfi mənada ən çox adı hallanan  icra başçılarının siyahısındadır."
Mənbənin dediyinə görə, Bakı meri postuna ən iddialı namizəd Binəqədi rayon İcra Hakimiyyətinin başçısı  Xaləddin İsgəndərovdur . 
" Xarakter baxımından qəddar adam sayılan X.İsgəndərov H.Abutalıbovun son 13 ildə meriyada yaratdığı qruplaşmanı dağıtmağa gücü çatacaq ən münasib namizəd sayılır.  Xaləddin İsgəndərovun son dövürlər  icra başçısı olduğu rayonda apardığı abadlıq işlər aparması , əhali ilə mütəmadi görüşlər keçirməsi və gördüyü işlərin mətbuatda  yayılmasında maraqlı olması  ciddi mətləblərdən xəbər verir."
Mənbə qeyd edir ki, "Bakı klanı"nın namizədi sayılan Xaləddin İsgəndərovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı  olamağa çox yaxındır. 
"Lakin, prezident İlham Əliyevin heç kimin gözləmədiyi halda  Zakir Həsənovu Müdafiə Naziri təyin etməsi göstərdi ki, indi kimin hansı vəzifəyə təyin  olunmasını  söyləmək  çətindir. Bu kimi məsələlər prezidentin sərəncamından sonra bəlli olur."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin