Müxalifət Yanukoviçin qarşısına üç namizədlə çıxacaq

Hazırda oxunan: Müxalifət Yanukoviçin qarşısına üç namizədlə çıxacaq

37371
Ukraynada 2015-ci ildə keçiriləcək prezident seçkilərində müxalifət indiki prezidentə qarşı 3 namizəd irəli sürəcək. Moderator.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda müxalifətdə olan “Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuk məlumat verib. Bundan əvvəl müxalifətin vahid namizədlə seçkilərə qatılacağı ehtimal olunurdu. Amma indi məlum olur ki, müxalifətçilər birinci turda ayrı-ayrılıqda mübarizə aparacaq, vahid namizəd isə həmin turun nəticəsinə uyğun olaraq müəyyənləşdiriləcək. Yatsenyukun sözlərinə görə, birinci tur praymeriz xarakterli olacaq. Kim ikinci tura keçəcəksə, bütün müxalifətin məhdud olmayan dəstəyini alacaq”.
Fraksiya lideri deyib ki, bu qərar müxalifət bu qərarı avqust ayında verib. Namizədlərə gəldikdə, onlardan biri “Batkivçina”nın lideri, hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenko olacaq. Tanınmış boksçu, “Udar” partiyasının lideri Vitali Kliçko da namizədliyini irəli sürmək niyyətini açıqlayıb.  Müxalifətdə olan millətçi “Azadlıq” partiyası isə lider Oleq Tyaqnibokun namizədliyə iddialı olmadığını bəyan edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin