Natiq Miri: “Ərdoğan iqtidarının Cəmil Həsənliyə isti münasibəti anlaşılandır”

Hazırda oxunan: Natiq Miri: “Ərdoğan iqtidarının Cəmil Həsənliyə isti münasibəti anlaşılandır”

36028

Türkiyədə səfərdə olan professor Cəmil Həsənli  bu ölkənin baş nazirinin müavini Bülənt Arınçla görüş keçirib. Cəmil Həsənli ilə Bülənt Arıncın  ikitərəfli görüşü mediada geniş müzakirələrə səbəb olub. Hətta bəzi ekspertlər Ərdoğan hökumətinin Azərbaycan demokratları ilə münasibətlərinin istiləşməsi barədə rəylər də veriblər:

Moderator.az-a açıqlama verən politoloq Natiq Mirinin sözlərinə görə, Türkiyə Azərbaycana qarşı hər zaman həssas siyasət yürüdüb:

“Cəmil Həsənli Türk dünyasının böyük alimlərindən biridir. Ərdoğan iqtidarının Cəmil müəllimə bu cür münasibəti anlaşılandır. Türkiyənin demokratiyaya önəm verməsini düşünmək hələ ki, tezdir. Qardaş ölkənin Azərbaycana yönəlik münasibətlərdə çox həssasdır. Türkiyə hökuməti Suriya hadisələrindən də özü üçün ibrət dərsi götürüb. Türkiyənin Azərbaycanda demokratiyanın bərqərar olunması üçün hər hansısa konkret addımlar atacağını düşünmürəm”. 

 Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin