Günün fotosu - soldan üçüncü

Hazırda oxunan: Günün fotosu - soldan üçüncü

34111
Bu fotoda görünən şəxslərin ikisini tanıyanlar, əl-əlbət, çox olar.

Onlardan biri, ortadakı Türkiyənin prezidenti Abdulla Güldür. İkincisi isə MTN-in iki gün öncə silah qaçaqmalçılığı ittihamı ilə həbs etdiyi jurnalist Pərviz Həşimlidir. 

Bu şəkil Türkiyədə keçirilən hansısa bir tədbirdə çəkilib. Pərviz Həşimli xahiş edib, o boyda dövlətin prezidenti qardaş Azərbaycandan gələn jurnalistlə şəkil çəkdirməyi özünə ar bilməyib.

Pərvizdə belə bir xobbi var: tanınmış adamlarla şəkil çəkdirməyi sevər. Onun albomunda bu kimi şəkillər çox olar.

İndi belə bir adamı İrandan silah gətirməkdə suçlayırlar. 

Həqiqət əvvəl-axır ortaya çıxacaq. İndilikdə isə irəli sürülən ittihamlar heç inandırıcı görünmür. Yalnız Pərviz özü heç bir təzyiq-filan olmadan, açıq məhkəmədə etiraf etsə ki, o doğrudan da İrandan silah gətirib, yalnız o zaman jurnalist həmkarları "tapança sənin nəyinə lazım idi" deyə sual ünvanlaya bilərlər. 

Hələlik isə siz aşağıda verilmiş iki şəkil arasındakı fərqə baxın. Prezidentlə şəkil çəkdirən adamı məhkəmə binasından necə çıxarırlar. 

Musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin