Almaniya Silahlı Qüvvələrində xidmət edən qadın hərbçilərin 60 faizindən çoxu xidməti müddətində cinsi istismara məruz qaldığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Potsdam Hərb Tarixi və Sosial Elmlər Mərkəzinin keçirdiyi anonim sorğuda 4 mindən çox qadın hərbçi iştirak edib.
Sorğunun nəticələrinə əsasən, respondentlərin təxminən 40 faizi nalayiq ifadələrlə qarşılaşdığını, 15 faizi isə intim fotolarının icazələri olmadan yayıldığını bildirib.
Bundan əlavə, sorğu iştirakçılarının təxminən 8 faizi fiziki zorakılığa, 2 faizi isə cinsi zorakılığa məruz qaldığını qeyd edib. Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlanan rəqəmlərdən məyus olduğunu bildirib.
Bizim.Media




























































































