2026-cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? - Tramp açıqladı

Hazırda oxunan: 2026-cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? - Tramp açıqladı

634964

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 2026-cı ildə keçirilən futbol üzrə dünya çempionatının (DÇ) dövlət iqtisadiyyatına 18 milyard dollardan artıq vəsait qazandırdığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev lideri özünün "Truth Social" sosial platformasında məlumat yayıb.

"Yalnız futbol üzrə dünya çempionatı sayəsində iqtisadiyyatımız 18 milyard dollardan çox gəlir əldə etdi və 160 mindən artıq vətəndaş işlə təmin olundu!" - deyə Tramp paylaşımda qeyd edib.

Qeyd edək ki, ABŞ, Meksika və Kanada ərazisində 11 iyun - 19 iyul tarixləri aralığında baş tutan 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 milli komanda mübarizə aparıb.

Bundan öncə isə Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino "Blue Sport" portalına verdiyi açıqlamada, qurumun qlobal turnirdə iştirak edəcək komandaların sayını 64-ə çatdırmaq ehtimalını dəyərləndirə biləcəyini vurğulayıb. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin