Bakıda bağlanan yollar açıldı

Hazırda oxunan: Bakıda bağlanan yollar açıldı

634951

Bakıda “Alufar IRONMAN 70.3 Baku” yarışı ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat xidməti məlumat yayıb.
 

Bildirilib ki, sentyabrın 5-də Bakıda keçirilmiş “Alufar IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər nəzərdə tutulmuş vaxtdan daha əvvəl aradan qaldırılıb və yollar sürücülərin istifadəsinə verilib.


Xatırladaq ki, yarışın təhlükəsiz və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə sentyabrın 4-dən etibarən şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Əvvəlcədən müəyyən edilmiş qrafikə əsasən, məhdudiyyətlərin sentyabrın 5-də saat 16:00-dək davam etdirilməsi nəzərdə tutulurdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin