Korrupsiya cinayətlərində təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarılıb.
Bizim.Media "Qafqazinfo"-ya istinadən xəbər verir ki, ev Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşir.
Altı ay əvvəl 350 min manata qiymətləndirilən evi heç kim almayıb. İndi icra məmuru həmin əmlaka yarıbayarı - 175 min manata alıcı axtarır.
Satışdan götürülən pul cinayət əməli nəticəsində dəymiş ziyanın bir hissəsinin əvəzi olaraq dövlət nəfinə keçəcək.
Qeyd edək ki, S.Müslümov 27 milyon manatı mənimsəməkdə təqsirli bilinib. Dövlətə dəymiş ziyanın böyük hissəsini ödədiyi üçün ona 11 il şərti cəza verilib. Bundan əlavə eks-nazirin çoxsaylı əmlakı müsadirə edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:46 / 05.09.2026
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Hazırda oxunan: Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Hazırda oxunan: Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
634956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































