Bu ölkədə quş qripi ilə bağlı fövqəladə vəziyyət elan edildi

Hazırda oxunan: Bu ölkədə quş qripi ilə bağlı fövqəladə vəziyyət elan edildi

634954

Uruqvayda ev quşları arasında quş qripi virusunun aşkarlanmasından sonra ölkə üzrə fövqəladə vəziyyət elan edilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, ölkənin cənub-qərbində yerləşən Koloniya bölgəsində quş qripi ocağı təsdiqlənib. Virusun daha geniş yayılmasının qarşısını almaq üçün kommersiya məqsədi daşımayan ev quşlarının daşınmasına ciddi məhdudiyyətlər tətbiq olunub.


Xəstəliyin qeydə alındığı təsərrüfatlarda fəaliyyət dayandırılıb. Həmçinin quşların nümayiş etdirildiyi yarmarkalar, hərraclar və kütləvi sərgilərin keçirilməsi təxirə salınıb.

Səlahiyyətlilər vəhşi quşlarla təmas riskini azaltmaq məqsədilə açıq havada saxlanılan ev quşlarının qapalı və üstüörtülü yerlərdə saxlanılmasını tələb ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin